• cümə, 26 Aprel, 23:25
  • Baku Bakı 22°C

Putinin Azərbaycana səfəri erməniləri şoka salıb

16.08.13 08:34 1468
Putinin Azərbaycana səfəri erməniləri şoka salıb
Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfərinə ən kəskin reaksiyalar düşmən Ermənistandan daxil olmaqdadır. Əksər erməni politoloqları və mətbu orqanları bu səfərin Ermənistana bir mesaj kimi qiymətləndiriblər. Onların gəldiyi yekun qənaət bundan ibarətdir ki, Rusiyada erməni miqrantlara qarşı hücumlar, Ermənistana satılan Rusiya qazının qiymətində artım, Putinin Azərbaycana səfəri bir məqsədə xidmət edir - Ermənistana qarşı təzyiqləri gücləndirmək. Sonda isə bu ölkənin Avrasiya İttifaqına üzv olmağa məcbur etmək. Ümumiyyətlə, səfər Ermənistanın siyasi dairələrində çox böyük narazılığa səbəb olub. Özü də hakimiyyət və müxalifət partiyaları Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı yekdil mövqedədirlər. Erməni mətbuatı Ermənistanın strateji tərəfdaşı olan Rusiya prezidentinin Azərbaycana səfərini ölkələrinin təhlükəsizliyinə ciddi təhlükə kimi qələmə veriblər. Erməni politoloqlar Vladimir Putinin Bakıya səfərini Ermənistana “meydan oxumaq” kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, hazırkı mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya səfər edib. Bu addım ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana verilmiş aydın bir siqnal kimi qiymətləndirilib. Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşmasını ekspertlər Ermənistan diplomatiyasının tamamilə iflası kimi qiymətləndiriblər. Erməni saytları yazır ki, Putinin səfəri Ermənistanın siyasi səhnəsində narahatçılıq üçün əsas yaradıb.
Ermənistanın hakim Respublika Partiyasının nümayəndəsi, xarici əlaqələr üzrə komitənin sədri Artak Zakaryan Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlik bu səfərin “narahatçılıq” doğurduğunu bildirib. “Təbii ki, bizim üçün düşmən olan bir ölkə ilə tərəfdaş dövlətin münasibətləri narahatçılıq doğurmalıdır” - deyə Artak Zakaryan vurğulayıb. Erməni Milli Konqresinin üzvü Vladimir Karapetyan da bu səfərin narahatçılıq doğurduğunu deyib. O, hələ də Serj Sarksiyanın Putinə ölkəsinə səfər etmək barədə müraciətinin qulaqardına vurulduğunu deyib. Müxalifətçi Qurqen Yegizaryan isə bildirib ki, Putinin səfəri Ermənistanın xarici siyasətinə olan cavabdır. Onun qənaətincə, Ermənistan Avropa Birliyi ilə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək xətti götürüb, Rusiya ilə isə hərbi-siyasi. O hesab edir ki, belə bir siyasəti yürütmək üçün ilk növbədə ölkəyə xalqın dəstəyini qazanan legitim hakimiyyət orqanları gərəkdir. Rusiya Azərbaycan münasibətlərinin indiki vəziyyətini şərh edən müxalifət funksioneri onu yeni bir alyans kimi qələmə verib. Bunun səbəbini isə Ermənistanın hazırkı hakimiyyət orqanlarının məsuliyyətsiz xarici siyasəti ilə əlaqələndirib: “Heç kim Ermənistanın dostlarını seçməsinə, kiminlə dostluq etməsinə qarşı deyil. Sadəcə bizim hakimiyyət bir yerdə bir, başqa yerdə başqa bir vəd verir”. O, hakimiyyət orqanlarının “Putinin Azərbaycana səfəri Azərbaycan hakimiyyət orqanları üçün soyuq duş kimi qəbul edilməlidir” fikrini “əsassız və yerinə düşməyən” adlandırıb. Onun qənaətincə, bu sözlər əslində Ermənistan hakimiyyəti üçün nəzərdə tutulmalıdır
Erməni nəşrləri yazır ki, Putin onun üçün daha çox maraq kəsb edən ölkəyə səfər edir. “Rusiya Azərbaycana enerji, iqtisadi və siyasi maraqlarından səfər edir. Ermənistanla Rusiyanın xeyli problemləri var. Moskvanın son addımları Ermənistanda neqativ rezonans doğurub. Söhbət Rusiyanın Azərbaycana silah satışını artırması, qazın qiymətini artırması və s. məsələlərdən gedir” deyə erməni nəşrləri vurğulayır. Onlar hesab edirlər ki, Ermənistan məhz Rusiyaya görə Avropa ilə münasibətləri dərinləşdirməmək qərarı verib. Bir sıra dairələrdə isə hesab edirlər ki, Rusiya Ermənistanın Avropaya istiqamət götürməsinin acığına bu səfəri reallaşdırıb. Ermənistan parlamentində fəaliyyət göstərən “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan isə daha pessimistdir. O, “Facebook” sosial şəbəkəsindəki səhifəsində ölkəsinin siyasi reallıqlarını əks etdirən tezislər yazaraq həmkarları ilə paylaşıb. R. Akopyan qeyd edib ki, Rusiya prezidentinin Ermənistana səfər etməməsinin səbəbi indiki hakimiyyətdir. Belə ki, Ermənistan tarixin heç bir dövründə indiki hakimiyyətin zamanında olduğu qədər alçaldılmış, dağıdılmış, perspektivsiz vəziyyətə düşməyib: “Ermənistan xalqı heç vaxt bu qədər aclıq və səfalət içərisində yaşamayıb, qorxu keçirməyib. Tarixin heç bir dövründə bu qədər adam ölkəni birdəfəlik tərk etməyib. Ermənistan heç zaman kənar siyasi qüvvələrdən indiki qədər asılı olmayıb. Erməni deputat bütün bunların təqsirini mövcud hakimiyyətin iradəsizliyində, iqtidarda qalmaq naminə milli maraqları qurban verməsində, korrupsiya və rüşvətin həyat normasına çevrilməsində gördüyünü bildirib. Qeyd edək ki, 2012-ci ildə Ermənistanda qazın min kubmetrinin qiyməti 132 min dram, yəni 321 dollar olub. Qonşu ölkələrlə müqayisədə bu, yetərincə yüksək məbləğdir. Rusiyanın qazın, elektrik enerjisinin, nəqliyyatın və digər zəruri malların qiymətlərinin artması onsuzda yoxsulluq vəziyyətində yaşayan Ermənistan əhalisini güzəranını daha da ağırlaşdıracaq.
Yerevanda keçirdiyi mətbuat konfransında tanınmış etnoqraf alim Qranuş Haratyan bildirib ki, belə şəraitdə təbii resursları, xüsusilə də meşələri qorumaq mümkün olmayacaq. Başqa səbəb kimi Ermənistan müstəqilliyini əldə edəndən sonra rus məktəblərinin sayı ölkədə get-gedə azalması göstərilir. Belə ki, bu gün rus məktəbləri ancaq Yerevan və Gümrüdə qalıb. Onlar da Rusiya hərbi hissələrinin ərazisindədir və rus hərbçilərinin uşaqları üçün nəzərdə tutulub. Hazırda Ermənistanın 40 məktəbində “rus sinfi” var və onların cəmi 3-də təhsil rus dilindədir. Qalan 37 məktəbdə “erməni sinifləri” ilə yanaşı “rus sinifləri” də fəaliyyət göstərir. Rus dilində təhsil alanların sayı təxmini məlumatlara görə 9-10 min nəfərdir. Onların 1/3-i milli azlıqların və qarışıq nikahlardan olan uşaqlardır, 1/3-i Rusiya vətəndaşı və ya etnik ruslar, qalan 4000 isə Rusiyada 5-ci sinfi oxuyub qayıdan ermənilərdir. Ermənistanda ali məktəblərlə bağlı vəziyyət daha mürəkkəbdir. Hazırda yalnız bir universitetdə təhsil rus dilindədir – Rus-Erməni Slavyan universitetində. Orada 2600-ə yaxın tələbə oxuyur. Tələbələrin 25-30 faizi milliyyətcə erməni olsalar da, keçmiş Sovet ölkələrindən birinin vətəndaşıdırlar, əksəriyyəti isə Rusiya Federasiyasının.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər