• şənbə, 27 Aprel, 01:07
  • Baku Bakı 14°C

Putin və Makron Rusiya-Türkiyə danışıqlarının nəticələrini müzakirə ediblər

27.10.19 09:15 956
Putin və Makron Rusiya-Türkiyə danışıqlarının nəticələrini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron ilə telefon söhbətində oktyabrın 22-də Soçidə keçirilmiş Rusiya-Türkiyə danışıqları barədə ətraflı məlumat verib.
AZƏRTACxəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət zamanı görüşdə qəbul edilmiş memorandumda əksini tapan və Suriya münaqişəsinin bütün tərəflərinin maraqlarının nəzərə alındığı qərarların Suriyanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına kömək edəcəyi bildirilib.
Emmanuel Makron Rusiya və Türkiyə arasında əldə edilmiş razılığı yüksək qiymətləndirib. Rusiya və Fransa prezidentləri Soçi memorandumunun Suriya böhranının nizama salınmasına təkan verəcəyini vurğulayıb, Suriya Konstitusiya Komitəsinin oktyabrın 30-da Cenevrədə keçiriləcək birinci iclasının öz bəhrəsini verəcəyinə ümid ifadə ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

banner

Oxşar Xəbərlər