• şənbə, 27 Aprel, 08:32
  • Baku Bakı 12°C

Putin: "Rusiya və ABŞ arasında miqyaslı münaqişə olsaydı, heç kim sağ qalmazdı" - Video

07.06.17 11:10 1716
Putin: "Rusiya və ABŞ arasında miqyaslı münaqişə olsaydı, heç kim sağ qalmazdı" - Video
Rusiya və ABŞ arasında açıq və miqyaslı silahlı münaqişə olsaydı, heç kim sağ qalmazdı.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu amerikalı kinorejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
Oliver Stoun Rusiya lideri ilə təkbətək söhbət əsasında dördseriyalı sənədli film çəkib. Ekran əsəri 12-15 iyun tarixlərində ABŞ-ın "Showtime" telekanalında nümayiş olunacaq.
"Düşünürəm ki, heç kim sağ qalmazdı", - deyə Putin "Moskva və Vaşinqton arasında qarşıdurma qaynar hərbi mərhələyə keçsəydi, ABŞ üstünlük əldə edə bilərdimi?" sualına cavabında bildirib.
Bundan əlavə, Stoun Donald Trampın prezident seçilməsinin Rusiya-Amerika münasibətlərinin yaxşılığa doğru dəyişməsinə ümid verib-vermədiyi ilə maraqlanıb.
"Ümid həmişə var. Bizi ağ nəleyində qəbrə qoyuncaya qədər", - deyə Putin cavab verib.
banner

Oxşar Xəbərlər