• şənbə, 27 Aprel, 00:11
  • Baku Bakı 14°C

Putin: "ABŞ-ın Suriyaya zərbə endirməsi suveren dövlətə təcavüz və beynəlxalq hüquq pozuntusudur"

07.04.17 11:55 715
Putin: "ABŞ-ın Suriyaya zərbə endirməsi suveren dövlətə təcavüz və beynəlxalq hüquq pozuntusudur"
"Rusiya prezidentiVladimir PutinABŞ-ın Suriyaya zərbə endirməsini yalançı bəhanə ilə suveren dövlətə qarşı təcavüz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki,Suriyaordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktıBMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib. Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir".
Xatırladaq ki, aprelin 7-nə keçən gecə ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləriSuriyahökumət qüvvələrinin istifadə etdiyi Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə, ilkin məlumatlara əsasən, 4Suriyahərbçisi ölüb, aviabaza dağıdılıb.
banner

Oxşar Xəbərlər