• cümə, 26 Aprel, 22:43
  • Baku Bakı 22°C

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub

18.07.18 10:12 310
Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.
APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonranümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
banner

Oxşar Xəbərlər