• şənbə, 27 Aprel, 03:58
  • Baku Bakı 14°C

Prezidentin fərdi təqaüdünün məbləği, fəxri adlara görə aylıq təqaüd artırılıb

22.02.18 19:02 1222
Prezidentin fərdi təqaüdünün məbləği, fəxri adlara görə aylıq təqaüd artırılıb
Prezidentİlham Əliyevfəxri adlara görə aylıq təqaüdlərin artırılması və"Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” 2005-ci il 4 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq "Xalq” fəxri adı üçün 150 manat, "Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilib.
Dövlət başçısıgənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə də sərəncam imzalayıb. Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.
Prezidentİlham ƏliyevAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.
banner

Oxşar Xəbərlər