• cümə, 26 Aprel, 13:07
  • Baku Bakı 23°C

Prezidentdən jurnalistlərin yaşayış binasına dair növbəti sərəncam

21.07.15 19:19 1336
Prezidentdən jurnalistlərin yaşayış binasına dair növbəti sərəncam
Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamdan irəli gələn maliyyələşməni təmin etməlidir.
banner

Oxşar Xəbərlər