• cümə, 26 Aprel, 13:21
  • Baku Bakı 23°C

Prezident: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”

28.03.17 15:20 803
Prezident: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”
"Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. "Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”.
APA-nın məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidentiİlham Əliyevdeyib.
Dövlət başçısı qeyd edib ki, sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar: "Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndələrinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.
banner

Oxşar Xəbərlər