• cümə, 26 Aprel, 21:43
  • Baku Bakı 22°C

Prezident Qaxda avtomobil yolunun açılışında iştirak edib

03.08.17 16:10 1765
Prezident Qaxda avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan prezidentiİlham ƏliyevQax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezidentİlham Əliyevə məlumat verib ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir.

Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər