• cümə, 26 Aprel, 12:05
  • Baku Bakı 23°C

Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib

16.05.18 12:35 803
Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib
Azərbaycan prezidentiİlham ƏliyevNaxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var.
Bina ilə tanışlıqdan sonra prezidentİlham Əliyevali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
banner

Oxşar Xəbərlər