AZE | RUS | ENG |

Prezident Naxçıvan MR Konstitusiyasına dəyişiklikləri təsdiq edib

Prezident Naxçıvan MR Konstitusiyasına dəyişiklikləri təsdiq edib
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanunu imzalayıb. 
 
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında 8-ci maddə aşağıdakı redaksiyada verilib:
 
"Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.
II. Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər”.
 
15-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan” sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilib, 19-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:
6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.
 
29-cu maddənin II hissəsindən "Yaşı otuzdan aşağı olmayan” sözləri çıxarılıb.
 
41-ci maddənin mətni aşağıdakı redaksiyada verilib: "Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000