• cümə, 26 Aprel, 14:16
  • Baku Bakı 23°C

Prezident İslam Həmrəyliyi Oyunlarının təşkili ilə əlaqədar sərəncam imzalayıb

02.03.17 19:06 713
Prezident İslam Həmrəyliyi Oyunlarının təşkili ilə əlaqədar sərəncam imzalayıb
Azərbaycan prezidentiİlham ƏliyevIV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədarbəzi tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə bir ay müddətində IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan gələ və Azərbaycandan gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

AzərbaycanXarici İşlər Nazirliyiisə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir. Öz növbəsindəDövlət Miqrasiya XidmətiAzərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat verməlidir.



banner

Oxşar Xəbərlər