• cümə, 26 Aprel, 13:28
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət ediblər

20.02.20 21:40 1052
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət ediblər
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı "Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.
Trend-in məlumatına görə, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.
banner

Oxşar Xəbərlər