• cümə, 26 Aprel, 20:59
  • Baku Bakı 22°C

İlham Əliyev: “Azərbaycanla Türkiyə daim bir-birini dəstəkləyir” - Fotolar

01.02.18 10:45 543
İlham Əliyev: “Azərbaycanla Türkiyə daim bir-birini dəstəkləyir” - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevTürkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezidentİlham Əliyevbu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Prezidentİlham ƏliyevTürkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xanım Jülide Sarıeroğlu isə bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.



banner

Oxşar Xəbərlər