Prezident İlham Əliyev Polşaya rəsmi səfərə gedib - Fotolar
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyeviyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gedib.
"Report" xəbər verir ki, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın "Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.