• şənbə, 27 Aprel, 01:32
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Litvanın baş naziri ilə görüşüb

28.11.13 18:29 1570
Prezident İlham Əliyev Litvanın baş naziri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev bu gün Vilnüsdə Litvanın baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.
APA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
Həmçinin görüşdə ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər