• cümə, 26 Aprel, 15:52
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev Gürcüstana səfərə gedib

06.05.14 08:07 1189
Prezident İlham Əliyev Gürcüstana səfərə gedib
İşgüzar xarakter daşıyan səfərin məqsədi bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə iştirak etməkdir.
“2014 Tiflis sammiti” adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq.
Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar.
Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.
Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb./apa/
banner

Oxşar Xəbərlər