• şənbə, 27 Aprel, 03:02
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev “Gədəbəy” elektrik yarımstansiyasını işə salıb

20.08.17 13:30 1935
Prezident İlham Əliyev “Gədəbəy” elektrik yarımstansiyasını işə salıb
Bu gün Azərbaycan prezidentiİlham Əliyev110/35/10 kilovoltluq yeni "Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluqhavaxətti ilə verilib. Bu isə rayonun ümumi inkişaf tempinə cavab verməyib. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilib. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq "Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq "Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəyhavaxətti çəkilib. 35/10 kV-luq "Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəllihavaxətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni "Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün "Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəlihavaxətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq "Gədəbəy-Saratovka”havaxətti tam yenidən qurulub. Ümumilikdə "Gədəbəy” yarımstansiyasından 35 kV-luq "Saratovka” və "Mədən”, həmçinin 10 kV-luq "Söyüdlü”, "Arıxdam”, "Ticarət mərkəzi”havaxətləri çəkilib. 10 kV-luqhavaxətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.

Prezidentİlham Əliyevyarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər