• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb

22.01.20 19:22 1483
Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi.
Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirdi.
Dövlətimizin başçısı bu ilin fevralında Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd etdi.
Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini dedi.
banner

Oxşar Xəbərlər