• cümə, 26 Aprel, 22:05
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev: “Azərbaycan sabitlik, inkişaf adasıdır”

02.10.17 15:00 1150
Prezident İlham Əliyev: “Azərbaycan sabitlik, inkişaf adasıdır”
"Bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk”.
APA-nın məlumatına görə, bunu prezidentİlham ƏliyevQobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir: "İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir".
banner

Oxşar Xəbərlər