AZE | RUS | ENG |

Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır

Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.
Görüşdə Vu Mançin "CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.
Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991