• cümə, 26 Aprel, 21:14
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentini qəbul edib

08.06.18 19:47 716
Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentini qəbul edib
Prezidentİlham ƏliyevAvropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti,Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti,Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul edib.

APA-nın xəbərinə görə, Yan Zahradilin sabah ölkəmizdə keçiriləcək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində iştirakından məmnunluğunu bildirən dövlət başçısıİlham Əliyevbu önəmli beynəlxalq forumun Azərbaycan paytaxtında təşkil olunmasını yüksək qiymətlənirib.

Azərbaycana həm Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, həmAvropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, həm dəAvropa Parlamentinin üzvü qismində səfər etdiyini deyən Yan Zahradil bildirib ki, rəhbərlik etdiyi alyans Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirir.

Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan Yan Zahradil bu münasibətlərin uğurla inkişaf etdiyini deyib, ölkələrin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığının önəmini vurğulayıb. Yan Zahradil Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməsindən məmnunluğunu ifadə edib.

Prezidentİlham ƏliyevAzərbaycan iləAvropa Komissiyasıarasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizləAvropa İttifaqına üzv olan 9 ölkə, o cümlədən Çexiya ilə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamələrin qəbul edilməsi və imzalanmasının önəmini vurğulayıb.

Prezidentİlham Əliyevsabah Bakıda keçiriləcək tədbirin Bakıya gələn çoxsaylı qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər