• şənbə, 27 Aprel, 07:04
  • Baku Bakı 12°C

Prezident İlham Əliyev andiçmədən sonra Heydər Əliyevin məzarını ziyarət edib

18.04.18 11:19 728
Prezident İlham Əliyev andiçmədən sonra Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidentiİlham Əliyevandiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
APA-nın məlumatına görə, dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.
Sonra prezidentİlham Əliyevvə ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.
banner

Oxşar Xəbərlər