• cümə, 26 Aprel, 09:17
  • Baku Bakı 12°C

Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman verib

04.04.17 20:06 1992
Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman verib
Prezident İlham Əliyev 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında yeni fərman verib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. Bu rəqəm indiyədək 85 faiz idi.

Bundan başqa, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək.
banner

Oxşar Xəbərlər