AZE | RUS | ENG |


Prezident: “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi”

Prezident: “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi”
"1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlayıb”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib. 
 
Dövlət başçısı deyib ki, Azərbaycan neft sənayesi üçün çox önəmli addımlar atılıb: "Dərin Özüllər Zavodunun tikintisinə ulu öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlanıb. Başqa variantlar da var idi, Xəzərin digər sahillərində bu zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində Dərin Özüllər Zavodu üçün tikinti yeri Bakı seçildi. Bu zavodun ölkəmizin, neft sənayesinin inkişafı üçün əvəzolunmaz rolu var. Hələ 70-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. Müstəqillik dövrünə gəlincə, əgər 1994-cü ildə xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi. Mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən Xoşbəxt Yusifzadə ilə birlikdə biz danışıqlarda iştirak etmişik. 1994-cü ilin may ayında İstanbulda və 1994-cü ilin iyul-avqust aylarında ABŞ-ın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda həm də elə edək ki, xarici investorlar qaçmasın, onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” imzalandı və bu gün uğurla icra edilir. "Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir. Bizim uğurlu inkişafımızın əsas mənbəyi xüsusən 1990-cı illərdə "Əsrin müqaviləsi” və bu layihədən əldə olunan gəlirlərdir”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002