• şənbə, 27 Aprel, 01:29
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev: "Bu sahə Azərbaycan üçün prioritetlərdən biridir" - Yenilənib

29.11.17 16:50 3162
Prezident İlham Əliyev: "Bu sahə Azərbaycan üçün prioritetlərdən biridir" - Yenilənib
Azərbaycan pezidentiİlham ƏliyevCISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Q. Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyiilə səmərəli əməkdaşlıq etdiyini deyib.

Prezidentİlham Əliyevlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan qonaq həmin görüşlərdən sonra çox yaxşı nəticələrin əldə olunduğunu bildirib. Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlədiklərini deyən Q. Didrix CISCO şirkətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini və Azərbaycanda işlərin qısa zaman ərzində səmərəli şəkildə icrası üçün hər cür imkanların olduğunu vurğulayıb.

Prezidentİlham ƏliyevCISCO şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirib. Dövlət başçısı, öz növbəsində, şirkətin rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və həmin görüşlərdən keçən dövr ərzində əlaqələrimizin inkişafı üçün yaxşı əsasların yarandığını qeyd edib, bu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən prezidentİlham Əliyevölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd edib.
------------
14:50
Prezidentİlham Əliyevnoyabrın 29-da CISCO şirkətinin nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
banner

Oxşar Xəbərlər