• cümə, 26 Aprel, 17:02
  • Baku Bakı 23°C

Prezident beynəlxalq tədbirin iştirakçılarını təbrik edib

19.11.14 14:18 939
Prezident beynəlxalq tədbirin iştirakçılarını təbrik edib
Prezident İlham Əliyev: “Dövlət xidmətlərinin göstərilməsində təqdim etdiyimiz xidmət modeli digər ölkələr üçün uğurlu nümunə ola bilər”
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) bu gün Bakıda keçirilən üçüncü Assambleyasına təbrik məktubu ünvanlayıb.
APA-nın məlumatına görə, təbrik məktubunu Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.
Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Onun sözlərinə görə, bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir: “Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, demokratik institutların fəaliyyəti təmin edilib. Fəaliyyətimiz beynəlxalq reytinq institutları tərəfindən yüksək dəyərləndirilir Bu, dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet elan edib və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərib. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına qoşulan dövlətlərdən biridir. Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərdən biridir. Dövlət xidmətlərinin göstərilməsində təqdim etdiyimiz, korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün uğurlu nümunə ola bilər. Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim diqqət mərkəzində saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir. Beynəlxalq Antikorrupsiya Akademiyası bu sahədə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır. Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir. Əminəm ki, Akademiyanın Assambleyası yeni təşəbbüslərin və bu sahədə bu sahədə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar açacaq”.
banner

Oxşar Xəbərlər