• cümə, 26 Aprel, 16:46
  • Baku Bakı 23°C

Prezident Bakıda “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olub

06.10.16 15:55 2221
Prezident Bakıda “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonunda yeni salınan "Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olublar.

APA-nın məlumatına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına və xanımına yeni salınan parkda görülən işlər barədə məlumat verib.

Yeni parkı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək.

Ərazidə mövcud olan çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.
banner

Oxşar Xəbərlər