• cümə, 26 Aprel, 11:30
  • Baku Bakı 12°C

Prezident: “Azərbaycan texnologiyalar məsələsində Rusiya ilə tərəfdaşlığı genişləndirir”

06.12.17 19:01 2812
Prezident: “Azərbaycan texnologiyalar məsələsində Rusiya ilə tərəfdaşlığı genişləndirir”
Bakıda keçirilən "Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın "Rossiya-24” telekanalında reportaj yayımlanıb.

APA-nın məlumatına görə, prezidentİlham Əliyev"Rossiya-24”ün müxbirinin sualını cavablandırıb.

Reportajda deyilir ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib.

"Rossiya-24”ün müxbirinin sualını cavablandıran prezidentİlham Əliyevbildirib ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir, dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir, məsələn, kiberhücumlar: "Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır”.
banner

Oxşar Xəbərlər