• şənbə, 27 Aprel, 03:23
  • Baku Bakı 14°C

Prezident Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı sərəncam imzalayıb

17.07.18 18:41 409
Prezident Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Prezidentİlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinintəmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədiləXarici İşlər NazirliyiTəhsil Nazirliyi, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyivə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıbNazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabinetitəqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirməli və "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq prezidentə təqdim etməlidir.

Zərurət yarandığı təqdirdə,Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanları (qurumları) da bu sərəncamda nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunacaq.
banner

Oxşar Xəbərlər