• şənbə, 27 Aprel, 08:04
  • Baku Bakı 12°C

Prezident: "Avropa İttifaqı ilə yeni saziş əməkdaşlıq üçün yeni format yaradacaq"

15.02.18 15:30 540
Prezident: "Avropa İttifaqı ilə yeni saziş əməkdaşlıq üçün yeni format yaradacaq"
"Bakı-Tbilisi-Qars” dəmiryolu xətti Avropa ilə Asiya arasında ən qısa marşrutdur”.
APA-nın xəbərinə görə, bunu Azәrbaycan Prezidentiİlham Əliyevbu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu layihə sayəsində yüklərin daşınması üçün sərf edilən vaxt iki dəfə qısalıb.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq olmadan bu layihələrin reallaşdırılmasının mümkünsüzlüyünü vurğulayan dövlət başçısı çıxışındaAvropa İttifaqıilə əlaqələrə toxunaraq, hazırda Azərbaycanla qurum arasında hazırlanan yeni tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni format yaradacağını qeyd edib.
banner

Oxşar Xəbərlər