• cümə axşamı, 09 may, 01:37
  • Baku Bakı 15°C

Prezident Albaniya və Mavritaniya liderlərinə məktub göndərib

27.11.17 18:17 3093
Prezident Albaniya və Mavritaniya liderlərinə məktub göndərib
Prezidentİlham ƏliyevAlbaniya prezidenti İlir Metaya təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab prezident!
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
Dövlət başçısı Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizə də təbrik ünvanlayıb.
Təbrik məktubunda deyilir: Hörmətli cənab prezident!
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram".
banner

Oxşar Xəbərlər