• cümə axşamı, 09 may, 02:02
  • Baku Bakı 15°C

Prezident Ağcabədidə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

28.11.17 15:52 2185
Prezident Ağcabədidə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidenti, Ali Baş Komandanİlham ƏliyevAğcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnikZakir Həsənovprezident, Ali Baş Komandanİlham Əliyevə raport verib.
İ. Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb. Ali Baş Komandana interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.
banner

Oxşar Xəbərlər