• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

Praqa görüşündə dəmir yolu müzakirə olunmayıb

25.05.18 09:50 669
Praqa görüşündə dəmir yolu müzakirə olunmayıb
Rusiya xarici işlər nazirinin müavini ilə Gürcüstanın Baş nazirinin xüsusi nümayəndəsinin Praqada keçirilən görüşündə Abxaziyadan keçməklə Rusiyaya gedəcək dəmir yolu xəttinin açılması məsələsi müzakirə olunmayıb.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstan televiziyalarına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin söyləyib.
O deyib ki, Rusiya Gürcüstan ilə malların sərhəd-keçid məntəqələrində monitorinqi ilə bağlı imzalanmış sazişin icrasında maraqlıdır. Rusiya mayın 18-də İsveçrənin "SGS Societe Generale de Surveillance” şirkəti ilə müqavilə imzalayıb. Sənəddə sərhəd-keçid məntəqələrində malların monitorinqi barədə 2011-ci ildə əldə olunmuş razılaşmanın şərtləri müəyyənləşdirilib.
Q.Karasin deyib: "Biz danışıqlar zamanı çox vacib məsələləri həll etdik. Biz 2011-ci ildə əldə olunmuş razılaşmanın həyata keçməsində maraqlıyıq. Bununla belə, Abxaziya ərazisindən keçəcək dəmir yolunun açılışı barədə heç bir danışığımız olmadı”.
O, bildirib ki, bu məsələ nə mədəni səviyyədə, nə səfirliklər, nə də dəmir yolu rəhbərləri arasında keçirilən görüşlərdə müzakirə olunmayıb.
banner

Oxşar Xəbərlər