Portağal festivalı Antalyanın gözəlliyinə gözəllik qatıb
Antalyanın Finike rayonunda portağal festivalı keçirilib.
AZƏRTACxəbər verir ki, rayon mərkəzindəki bəzək işlərinə 50 ton yerli portağal sərf olunub. Maraqlı əl işləri rayonun gözəlliyini daha da artırıb.
Portağalla işlənmiş Türkiyənin dövlət bayrağı, qardaş ölkədə cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün portreti ziyarətçiləri heyran edib.