• şənbə, 27 Aprel, 00:21
  • Baku Bakı 14°C

Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

18.01.18 16:18 622
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunur.
banner

Oxşar Xəbərlər