AZE | RUS | ENG |

Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək

Polad Bülbüloğlunun
Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək.
Trend-in məlumatına görə, "Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış balet tamaşasıdır.
«Eşq və Ölüm» baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Bu tamaşa ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.
Balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulmuş, Bakıdakı möhtəşəm premyerasında sonra Sankt-Peterburqun Mariinski Teatrında və Moskvada Böyük Teatrın səhnəsində uğurla nümayiş olunmuşdu. 2010-cu ildə "Eşq və Ölüm" rusiyalı xoreoqraf - Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuşdu. Həmin quruluş 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş olunmuşdu.
Martın 23-də nümayiş olunacaq tamaşa 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə teatrımızda qoyulmuşdur. Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.
Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və b. çıxış edəcəklər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311