AZE | RUS | ENG |

Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur

Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur
BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksəksəviyyəli Siyasət Forumunun "nazirlər seqmentinin” iclasında bildirib ki, hazırda planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur. Onun sözlərinə görə, 2050-ci ildən bəri işsizliyin artması tendensiyası zəifləsə də, maaşların artımında durğunluq hökm sürür, qadınların 30 faizi və gənc kişilərin 13 faizi təhsilsiz və işsizdir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, A.Quterreş 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə dair qəbul olunmuş proqramın uğurlu olması üçün hələ çox işlər görülməli olduğunu vurğulayıb. Baş katib qeyd edib ki, bəzi sahələrdə müəyyən inkişafa nail olunsa da, qlobal inkişaf üzrə vəziyyət o qədər də yaxşı deyil. Ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin səviyyəsi yüksək olaraq qalır.
A.Quterreş gender bərabərliyi məsələsinə də toxunaraq qeyd edib ki, son dörd ildə bu sahədə dünyanın heç bir ölkəsi yetərincə tədbirlər görməyib. "Qadınlar əvvəllər olduğu kimi, indi də ayrı-seçkiliyə şərait yaradan qanunlarla üz-üzədirlər, zorakılığa məruz qalırlar, kişilərə yaradılan imkanlardan məhrumdurlar”, deyə baş katib əlavə edib.
BMT-nin rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyət dayanıqlı inkişaf Hədəflərinə nail olmaq üçün bu sahəyə dövlət və özəl sərmayələrin həcmini artırmalı, qeyr-bərbərliyi azaltmalı, miqrasiya prosesləri üzrə Qlobal müqavilənin şərtlərinə əməl etməli və insan hüquqlarına hörmət etməlidir. O xatırladıb ki, bütün bu mühüm məsələlər BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında müzakirə olunacaq. A.Quterreş hökumətləri bu vacib tədbirə konkret fəaliyyət proqramları ilə gəlməyə çağırıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946