• cümə axşamı, 02 may, 02:04
  • Baku Bakı 15°C

Pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək

14.01.18 17:39 959
Pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək
Martın 14-dən 18-dək Fransada (Anmas) və İsveçrədə (Cenevrə) pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək.
AZƏRTACxəbər verir ki, Fransa hökumətinin iştirakı ilə yüksək səviyyədə təşkil edilən müsabiqənin fəxri prezidenti görkəmli bəstəkar və dirijor, Fransa İnstitutunun üzvü Loran Petijirar, münsiflər heyətinin sədri Fransada yaşayan həmvətənimiz Adilə Əliyevadır.
Müsabiqə peşəkar pianoçular (təvəllüd tarixi 01.01.1973 – 31.12.1996-cı illər) və gənc pianoçular (təvəllüd tarixi 01.01.1997 – 31.12.2004-cü illər) kateqoriyalarında keçiriləcək. Sənədlər martın 1-dək qəbul edilir. Müsabiqənin ümumi mükafat fondu 26 min avro, o cümlədən Qran-pri 15 min avrodur.
Müsabiqə haqqında geniş məlumatıhttp://sbam.yolasite.comsaytından əldə etmək olar.
Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. O, 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.
banner

Oxşar Xəbərlər