AZE | RUS | ENG |

Pianoçular müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək

Pianoçular müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək
Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Pianoçular Müsabiqəsi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycanın əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunur. Bəstəkar, dirijor və Fransa İncəsənət Akademiyasının üzvü Loran Petijirar bu müsabiqənin fəxri prezidentidir. İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.

Qeyd edək ki, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi həmin müsabiqənin iştirakçıları üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi mükafat təsis edib. Bu mükafat müsabiqənin münsiflər heyəti və Azərbaycan səfirliyinin birgə rəyi əsasında seçilən qalibə təqdim olunacaq. Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçasının səsləndirilməsi də nəzərdə tutulur.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000