• şənbə, 27 Aprel, 02:06
  • Baku Bakı 14°C

"Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir"

06.08.19 16:20 10073
"Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir"
"Paşinyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır". Bu fikirləri Kaspi.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi. Onun sözlərinə görrə,Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir və hər gün bir az daha çox azalan reytiqinin yüksəlməsi üçün daxili auditoriyaya etdiyi populist müraciətdir: "Məsələ ondadır ki, dediyi sözlərə onun özü belə inanmır. Aprel döyüşlərndən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec - tez bir gün gedib öz torpaqlarımızda yaşayacağıq. Ancaq hazırki vəziyyətdə bir ölkənin rəsmi baş naziri olan birinin başqa ölkənin torpaqlarını özününkü hesab etməsi və oraya səfərə gəlməsi beynəlxalq hüququn pozulması, eyni zamanda Ermənistanın işğalçı dövlət olmasının sübutudur”.
H.Məmmədov vurğuladı ki, Paşinyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır: "Əks təqdirdə bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan bunu etməyə həm iqtisadi, həm də hərbi - siyasi qüdrəti ilə hazırdır. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırım sürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT -in Minsk qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib problemin həlli ilə bağlı konkret addımlar atsınlar”.
banner

Oxşar Xəbərlər