• şənbə, 27 Aprel, 07:17
  • Baku Bakı 12°C

Paşinyan indi də Avrasiya İqtisadi İttifaqını ittiham edir

15.05.20 17:03 1633
Paşinyan indi də Avrasiya İqtisadi İttifaqını ittiham edir
Baş nazir hesab edir ki, ölkə iqtisadiyyatının dağılmasında bu qurumun rolu var

Erməni ekspertləri və politoloqları bir ağızdan baş nazir Nikol Paşinyanı ölkə iqtisadiyyatının dağılmasına görə məsuliyyətdən qaçmaqda ittiham edirlər. Onların qənaətincə, Paşinyan özü bunu etiraf edib. Erməni mediası yazır ki, baş nazir, Avrasiya İqtisadi İttifaqının üzvü olsalar da, ciddi mənfəət əldə edə bilmədiklərini deyib. Təşkilatın kapitalının ölkəyə cəlb olunmayacağın da qeyd edib. Və bunun baş tutmamasında öz siyasətini deyil, Avrasiya İqtisadi İttifaqında tətbiq olunan biznes-oyunları günahlandırır. Məsələ ondadır ki, Nikol hələ deputat olanda bildirirdi ki, ölkə heç bir halda Aİİ-yə üzv olmamalıdır. Hətta bununla bağlı qanun layihəsinin müəllifidir. Hakimiyyətə gələndən sonra isə fikrini tam dəyişdi. Ölkənin bu təşkilatda qalmasının zəruri olduğunu bildirməyə başladı.
Bu səbəbdəndir ki, mediada hakimiyyətin yarıtmaz siyasəti kəskin şəkildə pislənilir. "Son iki il göstərdi ki, erməni xalqının narazılığı səbəbindən hakimiyyətə gələn təcrübəsiz gənclər dövlət idarəçiliyindən uzaqdırlar və hakimiyyət dəyişikliyindən əvvəl və sonrakı gözləntiləri qarşılamağa hazır deyillər. Həm iqtidara gəlməzdən əvvəl, həm də sonrakı dövrdə, onlar öz fəaliyyətlərində konkret bir şey etməkdən daha çox, cəmiyyətin duyğu və hissləri ilə oynayaraq rəhbərlik ediblər. Hökumət dəyişdikdən iki il sonra da Ermənistanda çox şeyin dəyişməməsi təəccüblü deyil. Daha əhəmiyyətlisi, insanlar əvvəlki kimi, bəzi hallarda isə daha da çox pis yaşamağa davam edir”, - deyə "168.am” nəşri yazır. Müəllif yazır ki, Paşinyan baş nazir seçiləndə Ermənistanı investisiya cənnətinə çevirəcəyinə söz verirdi, amma tezliklə bunun heç bir əsası olmadığı məlum oldu: "Əksinə, hakimiyyət investisiya qoyulmaması üçün hər şeyi etdi və etməyə davam edir. 2 ilin nəticələri göz qabağındadır. Ermənistan iqtisadiyyatı xarici kapitalı cəlb etmir, onun marağını kəsb etmir. Birbaşa investisiyalar artmır. Daha da artıq, hakimiyyətin yüngül əli ilə kapital ölkəni tərk edir. Sonra iqtisadi sıçrayış və iqtisadi inqilab dövrü gəlməli idi. Lakin xaricdən investisiya qoyulmadığı üçün bankların verdikləri kreditlərin iqtisadi inqilabın hərəkətverici qüvvəsinə çevrilməli olduğu bildirildi. İqtisadiyyatı kreditlərlə, xüsusən də yüksək kreditlərlə inkişaf etdirməyin çətin olduğu yenilik deyil. Bu, tez bir zamanda özünü büruzə verdi. Düzdür, hökumət dəyişikliyindən sonra bankların kredit portfeli kifayət qədər yüksək sürətlə böyüməyə başladı, lakin sonra məlum oldu ki, hətta kredit kapitalı da iqtisadiyyatın real sektoruna girməyə hazır deyil. Kredit portfelinin artımı isə əsasən istehlak-ipoteka kreditləri hesabına baş verir. Bunlar o qədər ağırlaşdılar ki, bank sistemi üçün təhlükə yaratmağa başladılar. Sonra Mərkəzi Bank etiraf etməli oldu ki, əhaliyə verilən kredit yükü, gəlirlərindən daha sürətli artaraq yük olub. Buna görə məhdudiyyətlər qoymağın vaxtı çatıb. Bir çoxları gəlirlərinə neçə min dramın əlavə edilməsini belə hiss etmirdilər. Bunun əvəzinə hakim elita bu şəraitdə özünü tam mükafatlarla əhatə edirdi. Bir gün Paşinyanın xalqdan gizli, büdcə hesabına yüksək vəzifəli məmurlara mükafat payladığı, maaşlarını bir neçə yüz min drama qədər artırdığı bəlli olmasaydı, bu, açıqlanmayacaqdı. Bu mükafatlandırma, bir çoxlarının yaşamaq uğrunda ölüm-dirim savaşı apardığı bir vaxtda baş verir”.
Qeyd edilir ki, ardınca da böyük depressiya dövrü gəldi, daha yaxşı bir həyat ümidlərini hələ itirməmiş insanları sarsıdan epidemiya başladı. "İqtisadiyyat böhran içindədir. Bu böhrandan çıxma perspektivləri, hələ olduqca qeyri-müəyyəndir. Bu il iqtisadiyyatda artım olacağına heç bir ümid yoxdur. Dövlət büdcəsi qeyri-düzgün işləmə riski ilə üzləşir. Hökumət büdcə öhdəliklərini yerinə yetirmək üçün xaricdən əlavə borc almalı olur. Həmişə kreditlərə qarşı olan Paşinyan üçün dövlət borcu yükünün onunla ağırlaşması artıq mümkün deyil. Xalq inqilab edərək "xalqın baş nazirini” hakimiyyətə gətirərkən, yaxşı yaşamaq üçün iki il sonra acı reallıqla üzləşməli oldu. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir. Bir çox insan gündəlik çörək problemini həll etmək faktı ilə üzləşib. Minlərlə vətəndaş işini itirdi, onların sayı artmaqda davam edir. İşsizliyin artacağı ilə yanaşı, yoxsulluğun artması gözlənilir. Bütün bunlar, "inqilab”dan cəmi 2 il sonra, insanların həyat və yaşayış şəraitini ciddi şəkildə yaxşılaşdıracaqlarına, maaşların artırılmasına və iş yerlərinin açılmasına, işsizliyin və yoxsulluğun azaldılmasına söz verən həmin "inqilab”dan sonra baş verir”, - deyə nəşr yazıb.
"Dünən bir status yazmışdım ki, tezliklə Ermənistanda kütləvi həbslər başlayacaq. Statusu yenicə paylaşmışdım ki, məşhur velosipedçilərə - Vahaqn Çaxalyana və Armen Aşotyana qarşı cinayət işi açdıqlarını öyrəndik”. Bunu öz "Facebook” səhifəsində erməni politoloq Ağasi Yenokyan yazıb.
Yenokyan qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan güc strukturlarına yaxşı təkan verib və onlar Paşinyanın iradəsini yerinə yetirməyə hazırdır. Yenokyanın sözlərinə görə, yeni həbslər sırası Nikol Paşinyan rejiminin fəaliyyəti üçün zərurətə çevrilib.
"Reketlə pul qəsb etmək yox, rejimi saxlamaq üçün hazırda real həbslər zəruridir”, - deyə o yazıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər