Paşinyan “erməni şakəri”ndən qurtula bilmədi
Ermənistanın baş naziri Nikol Paşinyan Frankofoniya təşkilatının
açılışında etdiyi çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirib. Bundan əvvəl isə o, BMT Baş
Assambleyasının 73-cü sessiyasında da buna bənzər şəkildə çıxış edib. Artıq
məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib və yayılan
məlumatda qeyd edilir ki, bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna
tamamilə uyğun gəlmir:
Mövzu ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistanın
paytaxtında oktyabrın 11-i və 12-də keçirilən Frankofoniya təşkilatının tədbiri
bir sıra neqativ məqamları ilə yadda qaldı: "İlk növbədə onu nəzərdə tuturam
ki, bu sammit çərçivəsində Frankofoniya şəhərciyi təşkil edilib və burada
Ermənistan pavilyonu fəaliyyət göstərir. Qondarma "Dağlıq Qarabağ” rejimi həmin
pavilyonun tərkibində öz sərgisini təşkil edib. Bu isə tamamilə beynəlxalq
qanunlara zidd məsələdir. Bir daha məlum olur ki, Ermənistan dövləti
Frankofoniya tədbirindən öz işğalçılıq siyasətini davam etdirmək üçün istifadə
edir. İkinci hadisə isə, Fransanın iki şəhərinin merinin qondarma separatçı
rejimə səfəri ilə bağlıdır. Əvvəla, onu qeyd edim ki, bu səfərlər Azərbaycan
qanunvericiliyinə, eləcə də beynəlxalq hüququn normalarına və prinsiplərinə
ziddir. Eyni zamanda bu, Fransa dövlətində yerli özünüidarəetmə orqanlarının
beynəlxalq fəaliyyəti ilə bağlı mövcud qaydaların əksinədir və separatçı rejimə
legitimlik gətirmək mahiyyəti kəsb edir. Bunu da xüsusilə vurğulamaq lazımdır
ki, bu addım Fransanın münaqişənin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasına
daban-dabana ziddir”.
Politoloq Qabil Hüseynli də bildirdi
ki, Paşiyanın Frankofoniya tədbirində səsləndirdiyi fikirlər Düşənbə sammitindəki
söhbətə tamamilə ziddir: "Onun fikirlərinə görə, guya Ermənistan kömək eləməsə,
Azərbaycan Dağlıq Qarabağdakı erməniləri oradan qovub çıxara bilər, hətta
sərsəmləyərək soyqırımı haqqında danışıb. Əlbəttə, "Dağlıq Qarabağ xalqı”
deyilən bir xalq yoxdur. Orada erməni və azərbaycanlı icması var idi. Dağlıq
Qarabağdakı azərbaycanlı icmasını və işğal edilmiş yeddi rayonun 1 milyon
əhalisini oradan qovub çıxaran Ermənistanın silahlı qüvvələri olub. Həmçinin bu
etnik təmizləmə nəticəsində Xocalı, Qaradağlı və Bağanis-Ayrım kimi soyqırımları
törədiblər. Ümumiyyətlə, Paşinyan ermənilərə məxsus olan yalan danışmağı, əzab
çəkmiş erməni xalqının obrazını yaratmağı sevir. Düşənbədə razılıq əldə
olunmuşdur ki, Ermənistan Minsk qrupu çərçivəsində danışıqlar prosesinə
qayıdır, Dağlıq Qarabağ bu prosesdə iştirak etmir. Amma Paşinyan Frankofoniya
tədbirindəki çıxışında bildirir ki, guya Dağlıq Qarabağdakılar ayrıca bir
xalqdır və danışıqlarda birbaşa iştirak etməlidirlər. O, yenə də "köhnə hava”nı
oxumağa başlayıb. Paşinyan Düşənbədə əldə edilmiş razılaşmanı ciddi şəkildə
pozdu”.
BƏXTİYAR
"Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam
ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından
zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə azərbaycanlıların fundamental
hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni
icmasını "Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata
keçirildiyinə göz yumur”.
E.Nəsirov qeyd etdi ki, tədbirin açılış mərasimində Ermənistanın baş
naziri Paşinyan Düşənbə sammitində Azərbaycan prezidenti ilə əldə etdiyi
razılaşmaların ümumi ruhuna zidd bəyanatla çıxış edib: "O həmin bəyanatında
qondarma "Dağlıq Qarabağ” rejimindəki erməni icmasını, "Dağlıq Qarabağ xalqı” kimi
təqdim edib. Halbuki, belə bir xalq yoxdur. Yalnız Dağlıq Qarabağın erməni və
azərbaycanlı icması var. Eyni zamanda Paşinyan belə bir mövqe ortaya qoyub ki,
Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır. Guya
Azərbaycan Dağlıq Qarabağın ərazisini istəyir, amma əhalisini istəmir. Bu,
göründüyü kimi, cəfəng bəyanatdır. Əvvəla, Azərbaycanın Dağlıq Qarabağa heç bir
iddiası yoxdur, çünki bura bizim əzəli, tarixi və hüquqi torpaqlarımızdır.
İddiası olan Ermənistandır və Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal
edib. Münaqişə Ermənistan və Azərbaycan münaqişəsidir və burada Dağlıq Qarabağ
tərəf kimi olmayıb və ola da bilməz. Çünki bu, Ermənistanın yaratdığı oyuncaq
separatçı bir rejimdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ
Azərbaycan ərazisi olduğundan orada məskunlaşmış erməni icması da bizim
vətəndaşlarımız sayılır və onlar da azərbaycanlılar kimi bərabər hüquqlara
malikdir. Kim Azərbaycanın qanunlarını qəbul etmirsə, bu halda o, separatçıdır
və Azərbaycan dövlətinin həmin insanlara məlum hüquq çərçivəsində yanaşması
olmalıdır, burada təəccüblü heç nə yoxdur. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
təmin edildikdən sonra ermənilər azərbaycanlılarla bərabər yaşayacaq və bu
ölkəmizin dəyişməz siyasətidir”.
BƏXTİYAR