• şənbə, 27 Aprel, 06:39
  • Baku Bakı 12°C

Pantomima Teatrı ilə Bakı Uşaq Teatrı “qohum” oldu

21.02.18 16:58 3085
Pantomima Teatrı ilə Bakı Uşaq Teatrı “qohum” oldu
Ötən gün şadlıq saraylarının birində Bakı Uşaq Teatrının aktrisası Türkan Şahmarlı ilə Pantomima Teatrının aktyoru Nurlan Rüstəmovun toy mərasimi keçirilib.
Toy mərasimində Bakı Uşaq Teatrının yaradıcı heyəti və bir sıra tanınmış aktyorlar da iştirak edirdi.

Nəzərinizə çatdıraq ki, aktyor Nurlan Rüstəmov 2008-ci ildən Azərbaycan Dövlət Pantomima Teatrında çalışır və o, Bəxtiyar Xanızadənin "Pantomima Buketi”, "Zibillik pərvanələri”, "Unutmayaq”, "No comment”, Ü.Hacıbəyli "Dulusçu”, Ə.Abdullayev "Çərçivə”, A.Şaiq "Tıq-Tıq”, Dədə Qorqud dastanı "Dəli Domrul” tamaşalarında rol alıb və "Cavid ömrü”, "Cavad xan” bədii filmlərinə çəkilib.

Aktrisa Türkan Şahmarlı isə 2012-ci ilin aprel ayından Bakı Uşaq Teatrında çalışır. O gündən teatrın repertuarında olan "Şrek ve dostları”, "Həyatla oyun”, "Ağıllı tülkü”, "Günahsız günahkarlar”, "Dələduz siçanlar”, "Humayın yuxusu”, "Ağıllı uzunqulaq”, "Əşxas”, "Kibritsatan qız”, "Göyçək Fatma”, "Danışan gəlincik” və sair tamaşalarda əsas obrazları canlandırıb.
Aktrisa, Xoşbəxt Yusifzadənin həyatı ilə bağlı çəkilən filmdə, "Sirr” , "3 bacı” seriallarında çəkilib.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər