• cümə, 26 Aprel, 14:06
  • Baku Bakı 23°C

PA rəsmisi Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinə münasibət bildirdi

07.04.15 08:30 965
PA rəsmisi Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinə münasibət bildirdi
Novruz Məmmədov: "Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”
“Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.
Prezident Administrasiyası rəsmisi Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə də toxunub: “Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”.
banner

Oxşar Xəbərlər