AZE | RUS | ENG |

Mərkəzi Asiyanın tarixi mədəniyyət mərkəzi - Fotolar

Mərkəzi Asiyanın tarixi mədəniyyət mərkəzi - Fotolar
Taalaybek Sarıbaşov Nasırbekoviç: “Oş şəhəri Mədəniyyət Paytaxtı funksiyasını layiqincə yerinə yetirəcək”

Qırğızıstan Respublikasının Oş şəhəri 2019-cu ildə türk dünyasının Mədəniyyət Paytaxtı elan olunub. TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Türkiyənin Kastamonu şəhərində keçirilən 36-cı toplantısında qəbul olunan qərar il boyu şəhərin mədəni tədbirlərə ev sahibliyi edəcəyini də gündəmə gətirir. Belə ki, 2019-cu il boyunca şəhərdə müxtəlif incəsənət tədbirləri, təqdimatlar, festivallar, "Nəsimi ili”, "Aşıq Veysəl ili”, görkəmli şəxsiyyətlərlə görüşlər, konfranslar və s. tədbirlər keçiriləcək. TÜRKSOY-un təşkilatçılığı ilə keçiriləcək tədbirlər, quruma üz dövlətlərin mədəniyyətlərinin bir-birinə inteqrasiyasına təkan verəcək. Həmçinin qədim Oş şəhərinin bütün türk dünyasında tanınmasına dəstək olacaq. 
TÜRKSOY-un Kastamonu şəhərində keçirdiyi toplantıya qatılan Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov Nasırbekoviç "Kaspi”yə müsahibəsində rəhbərlik etdiyi şəhərin gələcək planlarından söz açıb:
 
 
- Oş şəhəri türk dünyasının Mədəniyyət Paytaxtı elan olundu. Şəhər seçimə görə TÜRKSOY-un tələblərinə savab versə də, turistlər tərəfindən az tanınır.  Oş şəhərinin cəlbediciliyini hansı özəlliklərlə izah edə bilərsiniz? - Qırğızıstan Respublikasının Konstitusiyasına və "Oş şəhərinin statusu haqqında” Qanuna uyğun olaraq, Oş şəhəri xüsusi dövlət əhəmiyyətinə malik olan, dövlət hakimiyyəti orqanları ilə birlikdə yerli özünüidarəetmə prinsipləri əsasında idarə olunan respublika əhəmiyyətli bir şəhərdir. Qədim dövrlərdən bəri, Oş şəhəri Orta Asiyanın tarixi mədəniyyət mərkəzi olub və bu, əhəmiyyətini qoruyub saxlayıb. Şəhər respublikanın cənubundakı ən böyük mərkəzdir. Oşda bir sıra mədəni və sosial qurumlar yerləşir. Şəhərə əmək miqrantları, çox sayda turistlər gəlir və Oş vasitəsilə malların tranziti həyata keçirilir. Ümumiyyətlə, şəhər strateji əhəmiyyətə malikdir.Oş Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. Şəhərin formalaşmasının dəqiq tarixi məlum deyil, Arxeoloji tədqiqatların nəticələrinə əsaslansaq, onun yaşının 3000-dən çox olduğunu düşünürük. Şəhərdə 80-dən çox millət və etnik qrup nümayəndələri yaşayır.Şəhərimizin diqqətəlayiq yerlərindən biri qədim dövrdə yerli müsəlmanların ən əhəmiyyətli türbələrindən sayılan Süleyman-Too dağı - ikinci Məkkədir. 2009-cu ilin iyun ayında Süleyman-Too YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və ölkənin ilk Dünya İrsi Abidəsinə çevrilib. Oş şəhərinin yaradılması məhz bu dəyərlə əlaqələndirilir. Süleyman-Too cənub yamacında İslam dövrünə aid qədim İslam kultlarının  nümunələrini qoruyub saxlayır. Bu ərazilərdən Tunc dövrünə aid qədim əkinçilik əşyaları tapılıb. Oş şəhərinin mənşəyi onlardan ibarətdir. Bu gün Oş şəhərinin TÜRKSOY tərəfindən Mədəniyyət Paytaxtı elan olunmasının qürurunu və məsuliyyətini yaşayırıq.
 
 
 
- Yeri gəlmişkən, Oş haqqında danışanda, şəhərin Romanın yaşıdı olduğunu deyirlər. Mənbələr nə göstərir?
- 2000-ci ildə sakinlər Oş şəhərinin 3000 illik yubileyini təntənəli şəkildə qeyd etdilər. O gündən etibarən hər il 5 oktyabrda Şəhər Gününü qeyd etmək ənənəsi yaranıb.Onu da deyim ki, Oş ticarət şəhəri bazar və karvansaraları ilə çox məşhur idi. Ak-Bura çayının sol sahilində yerləşən əsas bazar  örtüklü Şərq bazarının klassik nümunəsidir. İki min ildən artıqdır ki, Oşdakı əsas bazar sərhədlərini genişləndirərək öz səs-küylü və canlı həyatını yaşayır.Şəhərin parkları, tarixi və mədəni abidələri çoxdur.Oşun digər bir xüsusiyyəti onun coğrafi mövqeyi ilə bağlıdır. Buradan ən qədim Uyğur şəhərlərindən birinə - sirli Kaşqara düşə, Pamir və Tyan-Şan dağlarına qalxa bilərsiniz. Elə buradan da Fərqanə vadisinin Özbəkistan və tacik hissələrinə getmək mümkündür. Buna baxmayaraq, şəhərdə  həllini gözləyən problemlər mövcuddur. Yerli büdcənin məhdud imkanları sayəsində bunların həlli mümkün deyil. Bununla bağlı beynəlxalq donorlarla danışıqlar aparılır.  Bundan əlavə, şəhər büdcəsinin mövcud xərclərinin optimallaşdırılması həyata keçiriləcək.- Dediniz ki, şəhərdə  həllini gözləyən problemlər mövcuddur. Bunlar əsasən hansı problemlərdir?- Şəhərin əhalisi get-gedə artır. Tranzit yüklərin və sərnişin daşınmasının artması, yerli büdcənin aşağı həcmi bir sıra aktual problemlərin həllini yubadır. Məhz mövcud yolların, körpülərin təmiri məsələsi, məktəblərin, uşaq bağçalarının, ixtisaslaşmış tibb müəssisələrinin çatışmamağı kimi problemləri var. Həmçinin şəhərin təsdiq edilmiş baş planına uyğun olaraq,  kommunal sahə (istilik, su təchizatı, kanalizasiya sistemləri), yol təhlükəsizliyi problemləri, mənzil üçün torpaq çatışmazlığı, biznesin inkişafına şərait yaradılması, məskunlaşma və yeni birləşdirilmiş ərazilərin problemləri mövcuddur. Hal-hazırda, şəhərin inkişafı üçün yuxarıda göstərilən problemlərin həllinə dair proqram hazırlanıb.
 
 
 
- Siz Oş şəhərinə mer təyin olunandan sonra hansı işlər görülüb?
- İlk növbədə prioritetlər müəyyən edilib: idarəetmə sisteminin optimallaşdırılması, yerli büdcənin potensialının öyrənilməsi və yerli əhəmiyyətli aktual məsələlərin həlli nəzərdə tutulub.
 
 
 
- Oşun inkişafı üçün hansı prioritet layihələri nəzərdə tutursunuz? Onları realizə etmək üçün hansı imkanlardan istifadə etmək fikrindəsiniz?
- İstirahət üçün əlverişli şəraitin yaradılması, vətəndaşların idmana bağlı həyat tərzini, şəhərin sanitar təmizliyini təmin etmək və s. layihələr xüsusi proqrama əsasən həyata keçiriləcək.Bundan əlavə, qeyri-qanuni binaların sökülməsi, səkilərin və yolların bərpası üzrə paralel iş aparılacaq.Hazırda yerli büdcəyə əlavə ehtiyatların tapılması üçün işlər aparılır. 2019-cu ildə şəhərin yerli büdcəsinə daxil olan gəlirlərin 50% -dən 70% -dək artması gözlənilir. Həmçinin beynəlxalq donor təşkilatlarla da iş aparılır. Bundan əlavə, mövcud şəhər büdcəsi xərcləri optimallaşdırılacaq. Ümumiyyətlə, vergilərin və ödənişlərin toplanmasının artırılması, şəhərin investisiya cəlbediciliyini və iqtisadi potensialını artırmaq üçün işlər həyata keçiriləcək. Hesab edirəm ki, Oş şəhəri Mədəniyyət Paytaxtı funksiyasını da layiqincə yerinə yetirəcək 
 
 Təranə Məhərrəmova
Kastamonu-Bakı  
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906