AZE | RUS | ENG |

Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv edib

Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv edib
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhədə Ermənistan ordusunun 2 hərbçisini məhv edib. Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı 2 erməni hərbçi öldürülüb. Onların hər ikisi muzdlu əsgər olub. Ermənilər iddia edirlər ki, atışma zamanı Azərbaycan tərəfi daha çox itki verib. Lakin artıq Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan mətbuatının cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabit”in məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805