OPEC 2020-ci ildə neft bazarında tədarük bolluğu gözləyir

OPEC 2020-ci ildə neft bazarında tədarük bolluğu gözləyir

İqtisadiyyat
11 İyul 2019, 21:15 3481
ABŞ-da artan şist nefti istehsalının dəstəklənməsi ilə 2020-ci ildə neft bazarında tədarük bolluğu yaranacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Hesabata görə, qlobal neft istehlakı 2020-ci ildə gündəlik təxminən 1,1 milyon barrel və ya 1,1 faiz artacaq. Artım Hindistan və Çin kimi inkişaf etməkdə olan iqtisadiyyatlar tərəfindən dəstəklənəcək, lakin inkişaf etmiş ölkələrdəki durğun istehlak bu artımı yavaşladacaq.
Qeyri-OPEC neft istehsalı isə ABŞ-dakı yeni boru kəmərlərinın şist nefti istehsalçılarına hasilatı daha da artırmalarına şərait yaratması ilə gündəlik 2,4 milyon barrel artacaq. ABŞ-dakı bu artım Braziliya və Norveç kimi ölkələr tərəfindən də dəstəklənəcək. Qeyri-OPEC üzrə tədarükün artması tələbatdakı artımı geridə qoyacaq. Nəticədə OPEC üzrə istehsalın həcmi ardıcıl üçüncü ildə kəskin azalma göstərəcək.