• cümə, 26 Aprel, 09:31
  • Baku Bakı 12°C

Onlar müharibəyə hazırdırlar

21.01.14 10:41 1261
Onlar müharibəyə hazırdırlar
19 yanvar “Step“ Gənclər təşkilatı və Avropa radiosunun “Biz müharibəyə hazırıq” layihəsi həyata keçirildi. Layihə çərçivəsində bütün Radio və TV aparıcıları bir araya gəldi.
“Kaspi”nin məlumatına görə, aparıcılar öncə Şəhidlər Xiyabanını ziyarət etdi, sonra müharibəyə hazır olduqlarını nümayiş etdirmək üçün “Bakı Paintboll Mərkəzinə” getdilər. 18 aparıcı 3 komandaya bölünərək mübarizə apardılar. Oyun zamanı 2 aparıcı Rj Anar İbrahimli və Dj Elax ağır zədə alsalar da, oyun uğurla başa çatdı. Sonda bütün komandalar birləşərək “Biz müharibəyə hazırıq” şüarı ilə layihəni başa vurdular.
Qeyd edək ki, layihədə Avropa radiosu, Antenn 101FM,106 FM,106.3 FM,107 FM, Yurd TV və Səs TV-in əməkdaşları çıxış etdi.
banner

Oxşar Xəbərlər