• şənbə, 27 Aprel, 08:57
  • Baku Bakı 12°C

Ombudsman Aparatı Lamiyə Quliyeva ilə bağlı açıqlama verdi

16.02.15 06:48 1312
Ombudsman Aparatı Lamiyə Quliyeva ilə bağlı açıqlama verdi
“Bakı İstintaq Təcridxanasında saxlanılan kişi və qadın məhkumların bir-biri ilə görüşməsi qeyri-mümkündür. Bunun üçün həmin şəxs ən azı dörd nəzarət postundan keçməlidir”.
Bunu APA-ya açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov 4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan Lamiyə Quliyevanın hamilə qalması haqda dediklərini şərh edərkən deyib.
V.Məhərrəmov bildirib ki, Elnur Rəsulov Ombudsman Aparatının əməkdaşlarına verdiyi izahatda canlı təmasın olmadığını göstərib: “Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulov dünən yayımlanmış müsahibəsində canlı təmasın olmadığını bir daha deyib. Biz Elnur Rəsulovla görüşən zaman da o bildirmişdi ki, spermanı Lamiyə Quliyevaya müalicə məqsədilə verib. Lamiyə Quliyeva bizimlə görüşən zaman hər hansı bir zorakılığa məruz qalmadığını demişdi. O, bizə yazdığı izahatda canlı təmas barədə bir söz deməyib. Yalnız onu bildirmişdi ki, hər hansı zorakılığa məruz qalmayıb”.
Qeyd edək ki, L.Quliyeva dünən yayımlanmış müsahibəsində E.Rəsulovla görüşünə şərait yaradıldığını söyləyib.
banner

Oxşar Xəbərlər